- Baxış sayı: 48
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Topaz Premyer Liqasının son tutunda “İnter”lə heç-heçə edən (1:1) “Sumqayıt” “Qarabağ”la oyunun hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, “Kapital Bank Arena”da baş tutan səhər məşqində komanda daha çox toplu çalışmalara üstünlük verib.
Heyətdə zədəli futbolçu yer almır. Zədəsini sağaltmış Mikayıl Rəhimov da artıq kollektivə qoşulub.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” oyunu oktyabrın 25-də “Kapital Bank Arena”da keçiriləcək. Görüş 19:00-da start götürəcək.