Superliqa klubunda yeni baş məşqçi

Superliqa klubunda yeni baş məşqçi

Türkiyə superliqası təmsilçisi “Qaziantep” yeni baş məşqçisini açıqlayıb.

Allsport.az xəbər verir ki, komanda Türkiyə yığmasının sabiq futbolçusu Orhan Akla anlaşıb.

46 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər Qaziantep kollektivinin uğurları üçün çalışacaq.

Orhan Ak futbolçu karyerası ərzində 2003-2008-ci illərdə “Qalatasaray”ın formasını geyinib.

“Qaziantep” superliqada 4 xalla 7-ci sırada qərarlaşıb.

Həmin kateqoriyadan