“Təhsil”in karateçiləri fərqləndi

Yeniyetmə və gənclər arasında 22-ci respublika birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, müxtəlif bölgələrdən 30-dan artıq klubu təmsil edən 500 dən çox idmançının iştirak etdiyi yarışda “Təhsil” RİM 12 qızıl, 9 gümüş və 12 bürünc medalla 1-ci pilləni tutub.

10 qızılı və 10 gümüş, həmçinin 13 bürünc medal qazanan “Qara Qaplan” klubu 2-ci nəticə göstərib. Hərəyə 6 qızıl, 2 gümüş və 7 bürünc medala sahib olan “Arpaçay” və DİN idman cəmiyyətinin karateçiləri isə 3-4-cü yerləri bölüşüblər.  

Həmin kateqoriyadan