Tərlan Əhmədov: “AzAL-ı bu vəziyyətdə qoyub getmək istəmirəm”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Rəvan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsprt.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Ardıcıl 4 məğlubiyyətdən sonra “İnter”ə qarşı matçda qalib gəlmək, xal qazanmaq istəyirdik. Təəsüflər olsun ki, komandam birinci hissədə zəif çıxış etdi. İkinci hissədə təzyiqi artırıb, qol epizodları yaratdıq. Amma qol vura bilmədik. Hücumçu problemi aktual olaraq, qalır. Məğlubiyyətlər olsa da, AzAL mübarizə aparır. Lakin bu son deyil. Bizim məqsədimiz “qara zolaq”dan çıxmaqdır. Komandanın durumunu bilirsiniz. Bu heyətlə də olsa, “qara zolaq”dan çıxacağıq. İndiki vəziyyətdə komandanı bu vəziyyətdə qoyub getmək istəmirəm. Getsəydsim, büdcəni eşidəndə gedərdim. Rəhbərlik istəsə, gedərəm. Əgər bu yükün altına girmək istəyən varsa, mən getməyə hazıram”.

Həmin kateqoriyadan