Tərlan Əhmədov: “Məğlub olsaq da, sərgilənən futbola iradım yoxdur”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Rəvan”la matçdan sonra düşərgədə vəziyyət yaxşı idi. Biz Lənkərana qələbə üçün gəlmişdik. Sadəcə, bəxtimiz gətirmədi. Rəqib layiq olduğu qələbəni qazandı. Məğlub olsaq da, sərgilənən futbola iradım yoxdur. Hazırkı heyətlə biz bu mübarizəyə girişmişik, mübarizə aparırıq və aparacağıq da. Məlumunuz olsun ki, mən istədiyim komandanı hələ qura bilməmişəm. Məğlub olmuşuqsa, burada ən böyük günahkar mənəm”.

Həmin kateqoriyadan