Tərlan Əhmədov: “Oyunçulardan razı qaldım”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyunun çətin keçəcəyini bilirdik. Rəqibi tanımırdım. Sadəcə, ötən il AzAL-da oynayıb, indi “Zirə”də çıxış edən futbolçulara bələd idim. Düşünürəm ki, iki fərqli hissə izlədik. İkinci hissədə qol epizodları yaratdıq. Lakin məğlub olduq. İlk turda uduzmaq xoşagələn hal deyil. Buna baxmayaraq, oyunçularımdan razı qaldım. Yeni komanda qurmuşuq. Düşünürəm ki, potensialımız var”.

Həmin kateqoriyadan