Taekvondoçularımız lisenziya xalı verən qran-pridə

14 avqustda Moskvada taekvondo üzrə qran-priyə start verilir. Allsport.az saytı xəbər verir ki, cari mövsümdə ilk dəfə keçiriləcək turnir davamlı olaraq Türkiyə, Böyük Brutaniyada, final mərhələsi isə Meksikada təşkil ediləcək. G4 dərəcəli yarışlarda qalıb olanlar, reytinqini 40 xal artırmış olacaqlar. Bu xallar taekvondoçularımızın 2016-cı ildə Brazilyada keçiriləcək Yay Olimpiadasına lisenziya qazanmağı üçün önəmlidir. 3 gün davam edəcək yarış Moskvanın “Dinamo” arenasında baş tutacaq.

Ustalatrdan ibarət millimiz bu turnirdə 6 idmançı ilə təmsil olunacaq. Məşqçilər heyəti yarışa qatılaçaq idmançıların adlarını açıqlayıb: Mikayıl Əliyev (58 kq), Ayxan Tağızadə (68 kq), Ramin Əzizov (80 kq), Radik İsaev (+80 kq), qadınlardan Patimat Abakarova (49 kq), Fəridə Əzizova ( 67 kq). ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov və Sun Mi Parkın rəhbərliyi 11 avqust tarixində Moskvaya yollanacaq millimiz 17 avqustda Vətənə dönəcək.

Həmin kateqoriyadan