- Baxış sayı: 68
- 05 Avqust 2026 22:33
- Baxış sayı: 92
- Avqust 10, 2026
- 0
Bu gün usta taekvondoçularımız Koreya Respublikasına yola düşüblər. Allsport.az saytı xəbər verir ki, məqsəd, Munqyeonq şəhərində təşkil olunacaq 6-cı dünya oyunlarında iştirak etməkdir.
Azərbaycan millisi bu mötəbər yarışda 7 taekvondoçu ilə təmsil olunacaq. Məşqçi Elnur Amanov dünya və Avropa çempionu, 1-ci Avropa Oyunlarının qalibi Radik İsayev (+87 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Sina Bahrami (63 kq) və Məcid Sofiyevə (54 kq) şans verəcək.
Qadın idmançılardan isə 49 kq-da ilk Avropa Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova və Marina Tedeyeva (67 kq) qüvvələrini sınayacaqlar. Oyunların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Vəlibəyov təmsil edəcək.