Tahir Gözəl “Qarabağ”ın prezidenti seçildi

Tahir Gözəl rəsmən “Qarabağ”ın prezidenti olub. Allsport.az xəbər verir ki, kluba indiyə qədər prezidentlik edən Abdulbari Gözəl bundan sonra Ağdam təmsilçisinin fəxri prezidenti olacaq.

Klub prezidenti funksiyasını isə artıq Tahir Gözəl yerinə yetirəcək. O, bunadək klubun vitse-prezidenti idi. Vitse-prezident postuna isə Fevzihan Araş təyin olunub.

Qeyd edək ki, Tahir Gözəlin klubun prezidenti təyin olunması barədə xəbərlər təxminən bir ay öncədən yayılmışdı. Amma klub rəsmi saytı vasitəsilə bunu indi təsdiqləyib.

Həmin kateqoriyadan