- Baxış sayı: 68
- 05 Avqust 2026 22:33
- Baxış sayı: 100
- Avqust 10, 2026
- 0

Estoniyanın paytaxtı Tallində klublararası Avropa çempionatı milli taekvondoçuların uğurlu çıxışları ilə yadda qalıb. Allsport.az xəbər verir ki, yarışda Azərbaycanı “Altay”, “Atlet” və “Mübariz” taekvondo klublarının üzvləri təmsil ediblər.
Kiçikyaşlı yeniyetmələr arasında keçirilən yarışda Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq), Fərid Məlikli (24 kq) qızıl, Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıblar.
“Altay” taekvondo klubunun təmsilçiləri ümumi hesabda iki qızıl medalla II pillədə qərarlaşaraq kuboka layiq görülüblər.