- Baxış sayı: 28
- 04 Avqust 2026 16:56
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

İngiltərənin “London Layons” basketbol klubu ABŞ-ın NBA təmsilçisi “Portlend Treyl Bleyzers”lə yoldaşlıq oyunu keçirəcək.
Allsport.az xəbər verir ki, bununla da “London Layons” NBA komandası ilə qarşılaşan ilk Böyük Britaniya klubu kimi tarixə düşəcək.
Mövsümöncəsi yoxlama görüşü oktyabrın 12-də “Portlend Treyl Bleyzers”in ev arenası olan “Moda senter”də baş tutacaq.
“London Layons” ötən mövsüm avrokubokun “B” qrupunda 8-ci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazana bilməmişdi.