Tofiq Heydərov bu dəfə “Zirvə” oyunlarına daha çox idmançının qatılacağına inanır

8-ci “Zirvə” beynəlxalq uşaq oyunları mayın 10-da Astarada start veriləcək. Allsport.az saytı xəbər verir ki, ilk olaraq uşaq atletikası, basketbol, gimnastika, atıçılıq, karate ( Kata) və bir neçə digər aparıcı idman növləri üzrə yarışlar baş tutacaq. Hakim və mütəxəssizlərimiz idmançılarımızın yaşadığı ünvanda onların yarışlara qoşulmalarına şərait yararadacaqlar.

“Zirvə”nin prezidenti Tofiq Heydərovun bildirdiyinə görə, ilk müraciətlərdən bu mücadilədə iştirakçı sayının daha çox olacağı hiss olunur: Sitat: “Klublarımızın digər dövlətlərdə olan üzvlərinində yarışlara qoşulması uşaqlarımızda böyük ruh yüksəkliyinə səbəb olacaq. Keçən il oyunlara qatılan klubların 300-ə yaxın idmançılarını və evdə qalan bütün həvəskərlarımızı yarışlarda iştirak etməyə dəvət edirəm”.

Həmin kateqoriyadan