Tofiq Musayev: Dopinq yoxlama bitəndən sonra qərar verəcəyəm – ya “Rizin”, ya da UFC

Bu gün gənclər və idman nazirliyində “Rizin” mükafat yarışını qazanan Tofiq Musayevin mətbuat konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, GİN-in müavini İsmayıl İsmayılov yülgül çəkili döyüşçümüzün reytinqdə 13-cü pilləyə yüksəlməsini və kəmərə sahib çıxmasını yüksək qiymətləndirdi.

O, tək olimpiya deyil, qeyri-olimpiya növlərində də böyük uğurların olmasını qeyd etdi: “Bu da cənab prezident İlham Əliyevin diqqətinin nəticəsidir. Tofiqi bu səviyyəyə çatdırmasına görə məşqçilərinə, valideynlərinə təşəkkür edirəm. O, Azərbaycana layiqli övladdır”.

İdmançımız, öz növbəsində, uğurun davamını gətirəcətini dedi: “Hazırda dopinq yoxlamadayam. Nəticə bilinəndən sonra, qərar verəcəyəm. “Rizin” təşkilatı ilə anlaşaramsa, yola davam edəcəyəm. Əks halda, UFC ilə müqavilə bağlayacağam. Çünki ordan da təklif var.

Bu idman növündə zədə çox olur. Burda xarakter başlıca amildir. Kaliforniyada təlim-məşqlərim oldu. “Olimp” klubu da mənə dəstək göstərir. Şəxsi məşqçim Ruslan Əfəndiyevə də minnətdaram. O, aylarla ailəsini tərk edib mənim hazırlığıma nəzarət edir”.

Xatırladaq ki, 30 yaşlı döyüşçü milli idman brendi “İl’Azero”nun tərəfdaşıdır.

Həmin kateqoriyadan