- Baxış sayı: 306
- 28 Aprel 2026 18:35
- Baxış sayı: 104
- May 05, 2026
- 0

Bu gün Tokio-2020 başa çatıb. Allsport.az saytı xəbər verir ki, avqustun 8-də növbəti 13 medal dəsti sahibini tapıb. 17 günlük mübarizədə cəmdə 339 mükafat komplekti sahibini tapıb.
Buna 93 ölkə yiyələnib. Onlardan artıq 65-i çempionluq sevinci yaşayıb.
Azərbaycan millisi 3 gümüş və 4 bürünc medal qazanıb. Komandamız oyunları 67-ci yerdə bitirib.
Medal sıralamasında son gündə ABŞ (39-41-33) öncüllüyü ələ alıb və komanda hesabında qalib olub. Çin (38-32-18) 2-ci yer tutub. İlk üçlüyü meydan sahibi Yaponiya (27-14-17) qapayıb.