Tokio-2020: Azərbaycan 69-cu oldu, ilk 3-lük yerində qaldı

Tokio oyunlarında 15-cü gün başa çatıb. Allsport.az saytı xəbər verir ki, avqustun 6-da növbəti 23 medal dəsti sahibini tapıb.

Bununla da sahibi müəyyənləşən mükafat komplektlərinin cəmi 292-a çatıb. Buna 89 ölkə yiyələnib. Onlardan artıq 63-ü çempionluq sevinci yaşayıb.

Azərbaycan millisi 1 gümüş və 3 bürünc medal qazanıb. Komandamız 72-ci yerdən 69-a yüksəlib. Medal sıralamasında Çin (36-26-17) öncüllüyünü qoruyur. ABŞ (31-36-31) 2-ci, Yaponiya 3-cüdür (24-11-16).

Həmin kateqoriyadan