- Baxış sayı: 44
- 16 İyun 2026 22:15
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Tokio oyunlarında 14-cü gün başa çatıb. Allsport.az saytı xəbər verir ki, avqustun 5-də növbəti 27 medal dəsti sahibini tapıb.
Bununla da sahibi müəyyənləşən mükafat komplektlərinin cəmi 269-a çatıb. Buna 88 ölkə yiyələnib. Onlardan artıq 63-ü çempionluq sevinci yaşayıb.
Azərbaycan millisi 3 bürünc medal qazanıb. Medal sıralamasında Çin (34-24-16) öncüllüyünü qoruyur. ABŞ (29-35-27) 2-ci, Yaponiya 3-cüdür (22-10-14).