- Baxış sayı: 60
- 18 Aprel 2024 23:08
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
Tokio oyunlarında 16-cı gün başa çatıb. Allsport.az saytı xəbər verir ki, avqustun 7-də növbəti 34 medal dəsti sahibini tapıb. Mübarizə başlayandan bəri, ən çox mükafatçı, məhz bu gün müəyyənləşib.
Bununla da sahibi müəyyənləşən mükafat komplektlərinin cəmi 326-ya çatıb. Buna 93 ölkə yiyələnib. Onlardan artıq 65-i çempionluq sevinci yaşayıb.
Azərbaycan millisi 3 gümüş və 4 bürünc medal qazanıb. Komandamız 69-dan 67-ci yerə yüksəlib. Medal sıralamasında Çin (38-31-18) öncüllüyünü qoruyur. ABŞ (36-39-33) 2-ci, Yaponiya 3-cüdür (27-12-17).
Sabah daha 13 dəst medal sahibini tapacaq və bununla da oyunlara yekun vurulacaq.