Tokio-2020: Mükafatçılara 30-saniyəlik tibbi maskanı çıxarmağa icazə veriləcək

Tokio olimpiadasında fəxri kürsüdə yer alanlara mükafatlandırmada tibbi maskanı çıxarmağa icazə veriləcək. Allsport.az saytı xəbər verir ki, bu barədə BOK qərar qəbul edib.

Qərara əsasən, mərasimdə idmançılar 30 saniyəlik tibbi maskanı çıxaracaqlar. Bu addım onların şəkil çəkdirməsi üçün nəzərdə tutulub. Sonra isə tibbi maskadan istifadə mütləqdir.

BOK, həmçinin gümüş və bürünc medal qazanan idmançıların şəkil çəkdirmək üçün qalibin yanına – fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa icazə verib. Həmin vaxt idmançılar mütləq tibbi maska taxmalıdırlar.

Həmin kateqoriyadan