Tokio-2020: Olimpiya stadionu hazır oldu

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək yay olimpiya oyunlarının əsas stadionu hazır olub.

Allsport.az xəbər verir ki, təşkilat komitəsi olimpiya stadionun yarışlara hazır olduğunu bəyan edib. Daha öncə gimnastika yatışlarını qəbul edəcək “Ariake Gymastics Centre”nin tikintisi yekunlaşmışdı.

Təşkilatçılar dekabrda voleybol yarışları üçün inşa edilən “Ariake Arena”nın təhvil veriləcəyini bəyan edib. Su idman növləri üzrə hazırlanan qurğu 2020-ci ilin fevralında hazır olacaq.

Tokio yay olimpiya oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

Həmin kateqoriyadan