Mətbuat mərkəzi fəaliyyətə başlayıb

Bu gün, Tokio-2020 açılışına 2 gün qalmış, Yaponiya paytaxtında mətbuat mərkəzi qapılarını açıb. Allsport.az saytı xəbər verir ki, təşkilat komitəsinin baş mətbuat mərkəzindən fərqli olaraq, Tokio mətbuat mərkəzi paytaxt administrasiyası tərəfindən yaradılıb. Bu, Yaponiya paytaxtının mövqeyindən yay olimpiya oyunları barədə jurnalistlər üçün əsas informasiya mənbəyi rolunu oynayacaq.

Koronavirus pandemiyası ilə əlaqədar Tokioda fövqəladə vəziyyət rejiminin davam etməsi nəzərə alınaraq mətbuat mərkəzinin təşkilatçıları burada onlayn informasiyanın əldə edilməsi üçün maksimum şərait yaratmağa çalışıblar. Mərkəzə akkreditə olunan jurnalistlər bütün məlumatları bu məqsədlə yaradılmış xüsusi saytdan əldə edə biləcəklər.

Həmin kateqoriyadan