Topaz Premyer Liqasında 5-ci tura start verilir

Bu gün Topaz Premyer Liqasında 5-ci turun oyunlarına start verilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Turun açılış günü iki paytaxt derbisinə səhnə olacaq. AzAL öz meydanında “İnter”i qəbul edəcək. Günün digər derbisində isə “Zirə” “Rəvan”la üz-üzə gələcək.

Digər görüşlər bazar günü və bazar ertəsi keçiriləcək.

Topaz Premyer Liqası
5-ci tur
19 sentyabr

21:00. AzAL – “İnter”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov.
Bakı. “Dalğa Arena”.

21:00. “Zirə” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev.
Zirə İdman Kompleksinin stadionu.

20 sentyabr (bazar)

16:30. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə şəhər stadionu.

21:00. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “Bakcell Arena”.

21 sentyabr (bazar ertəsi)

21:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Qəbələ şəhər stadionu.

Həmin kateqoriyadan