Topaz Premyer Liqasında 7-ci tura start verilir

Bu gün Topaz Premyer Liqasında 7-ci tura start verilir. Allsport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutan turun ilk oyun günündə bir görüş keçiriləcək.

AzAL doğma meydanda “Rəvan”la münasibətlərinə aydınlıq gətirəcək. Cari mövsümə çox pis başlayan, ilk xalını ötən tur “Sumqayıt”la qarşılaşmada qazanan Tərlan Əhmədovun komandası bu dəfə cari mövsümün ilk qələbəsini də rəsmiləşdirə bilər. Amma Emin Quliyevin çalışdırdığı “Rəvan” da hələ qələbə üzünə həsrətdir. Bu baxımdan turnir cədvəlinin son iki pilləsində qərarlaşmış komandaların dueli böyük maraqla gözlənilir.

Topaz Premyer Liqası
7-ci tur
2 oktyabr (cümə)

19:00. AzAL – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “AzAL Arena”.

3 oktyabr (şənbə)

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Zirə İdman Kompleksinin stadionu.

4 oktyabr (bazar)

16:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Gəncə şəhər stadionu.

19:00. “İnter” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. “İnter Arena”.

21:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu.

Bombardirlər:
3 – Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dieqo Martins (“İnter”), Aleksey Qay (“Qəbələ”), Riçard Almeyda (“Qarabağ”).

Həmin kateqoriyadan