Topaz Premyer Liqasının yeni mövsümdə ilkə imza atıldı

Topaz Premyer Liqasının 2015/16 mövsümündə ilk avtoqol qeydə alınıb. Allsport.az xəbər verir ki, bu, 2-ci turun “Rəvan” – “Qarabağ” qarşılaşmasında (1:2) gerçəkləşib.

Mövsümün ilk uğursuzu paytaxt təmsilçisinin futbolçusu Yamin Ağakərimzadə olub. Ümumiyyətlə, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında 149-cu avtoqol qeydə alınıb.

1992 – 8
1993 – 2
1993/94 – 0
1994/95 – 2
1995/96 – 4
1996/97 – 1
1997/98 – 5
1998/99 – 5
1999/2000 – 4
2000/01 – 7
2001/02 – 2
2003/04 – 8
2004/05 – 7
2005/06 – 9
2006/07 – 6
2007/08 – 5
2008/09 – 3
2009/10 – 9
2010/11 – 7
2011/12 – 15
2012/13 – 9
2013/14 – 13
2014/15 – 17
2015/16 – 1
cəmi – 149

Ağakərimzadə “Rəvan”ın tarixində Premyer Liqada öz qapısına qol vuran ilk oyunçu kimi düşüb. Paytaxt təmsilçisi futbolçusu avtoqol müəllifi olan 38-ci komandadır. AZAL (17), “Qarabağ” (14), “Neftçi” (12) və “Bakı” (11) daha çox avtoqola imza atıb.

Rəqibi avtoqol edən komandaların sayı 34-dür. “Qarabağ” 16-cı dəfə rəqib qolu sayəsində fərqlənməklə, “Neftçi”yə çatıb. “Bakı” 15, “İnter” 14 belə halla üzləşib.

Qeyd edək ki, Premyer Liqada oynamış 58 klubdan 44-nün oyununda avtoqol qeydə alınıb.

Həmin kateqoriyadan