“Tottenhem”dən 45 milyon avroluq transfer

“Tottenhem” klubu, “Volfsburq”un mərkəz müdafiəçisi Mikki van de Veni transfer etməyə yaxındır.

Allsport.az saytı xəbər verir ki, “ağ zanbaq” artıq 22 yaşlı hollandiyalı ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Anlaşma 2028-ci ilə qədər qüvvədə olacaq. Van de Venin transfer qiymətinin 45 milyon avro olacağı gözlənilir.

“Volfsburq” niderlandlı futbolçunu 2021-ci ildə “Volendam”dan 3,5 milyon avroya alıb. 2022/23 mövsümündə Van de Ven “qurdlar”ın heyətində 36 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib və 7 sarı vərəqə alıb.

Həmin kateqoriyadan