Tural Həsənli: Heç vaxt belə sıx qrafiklə oynamamışıq

«İlkin hədəf, yer aldığımız «A» qrupunda 1-ci yeri tutmaq idi. Allaha çox şükür olsun, istəyimizə nail olduq». Bunu allsport.az saytına Türkmənistan üzərində 3:0 qələbə qazanan kişilərdən ibarət voleybol millimizin üzvü Tural Həsənli dedi. Onun sözünə görə, komanda heç vaxt belə sıx qrafiklə oynamayıb:

«Artıq 4 matç keçirmişik, hələ qarşıda yarımfinal var. Çox güman, bu mərhələdə rəqib Əlcəzair yığması olacaq. Onları udub finala çıxmaq niyyətindəyik. Ümümən, İslam oyunları bu mövsüm təsnifatlarda uğurlu çıxışımıza təkan verəcək».

24 yaşlı idmançının bildirdi ki, superliqada qalib gələn «Lokomotiv» böyük ehtimalla, yenni mövsümdən avrokuboklarda mübarizə aparacaq: «Ölkə çempionatımız güclənir. «Neftçi» və MOİK klubları heyətlərinə yeni legionçular cəlb ediblər. Artıq kişi voleybolunda da oyanış var. Avpokuboklarda çıxış milli komandamıza faydalı olacaq».

Həmin kateqoriyadan