Türkiyə millisinin üzvü “Yuventus”da

Türkiyə millisinin üzvü “Yuventus”da

“Yuventus” Türkiyə millisinin futbolçusu Zeki Çeliki heyətinə qatıb.

Allsport.az xəbər verir ki, Turin təmsilçisi 29 yaşlı müdafiəçinin transferini rəsmən açıqlayıb.

O, “Roma”dan azad agent kimi ayrılaraq “Yuventus”a keçib.

Türkiyəli futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Zeki Çelik 2025/2026 mövsümündə “Roma”nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Cinah müdafiəçisi karyerası ərzində “Bursaspor”, “İstanbulspor” və Fransanın “Lill” klublarında da çıxış edib.

Həmin kateqoriyadan