- Baxış sayı: 36
- 03 Sentyabr 2026 23:36
- Baxış sayı: 51
- Sentyabr 01, 2026
- 0

UEFA “Fənərbağça” və komandanın iki oyunçusu – Matteo Genduzi ilə Meyson Qrinvud barəsində intizam araşdırmasına başlayıb.
Allsport.az xəbər verir ki, proses çempionlar liqasının pley-off mərhələsində “Lion”la keçirilən cavab oyunundan sonra başlanıb. İstanbul klubu UEFA-dan bununla bağlı rəsmi bildiriş aldığını açıqlayıb.
“Fənərbağça”nın bəyanatında klubun və futbolçuların hüquq və maraqlarının qorunması üçün UEFA-nın müvafiq qurumlarına tələb olunan məlumat, sənəd və müdafiə materiallarının təqdim ediləcəyi bildirilib. Araşdırmanın konkret hansı maddələr üzrə aparıldığı isə açıqlanmayıb.
Xatırladaq ki, cavab qarşılaşmasının sonlarında və final fitindən sonra meydanda gərginlik yaşanıb. Xüsusilə Genduzi rəqib azarkeşlərə yönəlmiş hərəkətləri və təxribat xarakterli jestləri ilə diqqət mərkəzinə düşüb.
İlk oyunda “Lion”la 1:1 hesablı heç-heçə edən “Fənərbağça” cavab görüşündə rəqibini səfərdə 2:1 məğlub edərək çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanıb.