- Baxış sayı: 27
- 28 Avqust 2026 17:34
- Baxış sayı: 119
- Avqust 27, 2026
- 0


UEFA Canni İnfantinonun FİFA prezidenti vəzifəsindən uzaqlaşdırılması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.
Allsport.az xəbər verir ki, Avropa futbol qurumu FİFA turnirlərini boykot etmək planından geri çəkilsə də, İnfantinonun rəhbərlikdən getməsi ilə bağlı mövqeyini dəyişməyib.
UEFA-nın əsas planı 2027-ci ilin martında keçiriləcək FİFA prezident seçkilərində İnfantinoya qarşı vahid namizəd irəli sürməkdir.Qurum uyğun namizədin tapılacağına inanır. Seçkidə qələbə üçün FİFA-nın 211 üzvündən 106-nın səsi tələb olunur.
Bununla yanaşı, İnfantinoya qarşı etimadsızlıq səsverməsinin keçirilməsi variantından imtina edilib. Belə qərarın qəbul olunması üçün üzv assosiasiyaların dörddə üçünün – 159 ölkənin dəstəyi lazımdır ki, UEFA bunu hazırkı şəraitdə real hesab etmir.
Hələlik İnfantinoya qarşı konkret namizəd müəyyənləşməyib. KONKAKAF prezidenti Viktor Montalyaninin mümkün namizədlərdən biri olduğu bildirilir. Prezidentliyə namizədlərin noyabrın 18-dək rəsmən təqdim olunması tələb olunur.