- Baxış sayı: 32
- 23 İyun 2025 19:57
- Baxış sayı: 65
- İyun 23, 2025
- 0
Yarım ağır çəki dərəcəsində UFC-nin sabiq titul iddiaçısı Xəlil Rauntri iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsinin əsas döyüşündə iştirak etmək üçün Azərbaycana gəlib. Allsport.az xəbər verir ki, bu gün idmançı paytaxtın tarixi mərkəzi olan İçərişəhərdə gəzintiyə çıxıb. O, Şirvanşahlar sarayını ziyarət edib, Qız qalasına qalxıb, həmçinin Azərbaycan xalçaçılıq sənəti ilə tanış olub. Hətta xalça toxuma prosesində də iştirak edib.
Bakıdakı UFC gecəsinin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə Xəlil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək. Turnir çərçivəsində həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbəy Orolbəy olacaq.