- Baxış sayı: 31
- 05 May 2026 21:09
- Baxış sayı: 127
- May 04, 2026
- 0

Ukrayna premyer liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib. Allsport.az xəbər verir ki, Kiyev “Dinamo”su 23-cü turda “İnqulets”ə 5:0 hesabı ilə qalib gələrək sona 3 tur qalmış çempionluğu rəsmiləşdirib (58 xal).
Mirça Luçeskunun baş məşqçisi olduğu komanda Donetsk “Şaxtyor”u (45 xal) üçün əlçatmaz olub.
“Dinamo” tarixində 16-cı dəfə çempion olub. Kiyev təmsilçisi sonuncu dəfə 2016-cı ildə ölkə çempionu adı qazanmışdı.