Ulduz futbolçular bizimlə oyuna bərpa olunacaq

“Juan Palinya və Pepe Qətərlə matçda iştirak etməyəcək”.

Allsport.az xəbər verir ki, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Qətərlə Macarıstanda keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl deyib.

67 yaşlı mütəxəssis İrlandiyanı 2:1 hesabı ilə məğlub etdiklər 2022-ci il dünya çempionatının seçmə oyununda xəsarət alan hər iki oyunçunun zədəsinin ciddi olmadığını bildirib: “Həkimlər heyəti onların 2-3 günə tam hazır olacağını söyləyib. Hər ikisi Azərbaycanla matçadək bərpa olunacaq”.

Bu gün Qətər – Portuqaliya qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Sentyabrın 7-də Bakı olimpiya stadionunda Azərbaycan – Portuqaliya oyunu saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan