“Ümid edirik ki, Morata mümkün qədər çox qol vuracaq”

Allsport.az saytı xəbər verir ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone, la liqanın ilk turunda “Qranada” üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib. Sitat:

“Çempionat çox çətin keçir, bütün komandalar çox yaxşı oynayır. “Qranada” yaxşı matç keçirdiyi üçün qalib gəlmək çətin idi. Əvəzetmələr sonda bizə güc və inam verdi. Ümid edirik ki, Morata mümkün qədər çox qol vuracaq.

Ona və Depay, Korrea, Qrizman, Karraskoya böyük ümidlər bəsləyirik. Memfis üçün xoşbəxtəm, o, çox səy göstərməli olduğunu bilir”.

Həmin kateqoriyadan