- Baxış sayı: 34
- 30 Avqust 2026 23:44
- Baxış sayı: 58
- Avqust 30, 2026
- 0

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze premyer liqanın 3-cü turunda “Şamaxı” ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, mütəxəssis komandasının hücumdakı çatışmazlıqlarından danışıb:
“İlk 15 dəqiqədə yaxşı təsir bağışladıq. Lakin sonluq yox idi. Akinade yaxın məsafədən fərqlənə bilərdi. Bizim oyun sistemimizdə vingerlər – Meşak və Bruno Silvadan çox şey asılıdır. Təəssüf ki, bu gün Bruno özünü yaxşı tərəfdən göstərə bilmədi. İkinci hissədə 4-4-2 sisteminə keçdik. Təzyiq göstərməyə başladıq, təhlükəli vəziyyətlər yaratdıq. Üstünlüyə malik olsaq da, bunu dəyərləndirə bilmədik. Çox vacibdir ki, yeni futbolçular oyunun məqsədini başa düşsünlər. Brunonun itkiləri çox oldu və bu, oyuna təsir göstərdi”.