- Baxış sayı: 56
- 25 Sentyabr 2026 11:26
- Baxış sayı: 138
- Sentyabr 25, 2026
- 0

Şəhid jurnalistlər – Məhərrəm İbrahimovun (Azərtac.az) və Sirac Abışovun (AzTV) xatirəsinə yeniyetmələr və gənclər arasında uşu və muay-tay üzrə paytaxt birinciliyinin mükafatçıları müəyyənləşib.
Allsport.az saytı xəbər verir ki, mübarizəyə 20 klubdan 180-ə yaxın idmançı qatılıb.
Abşeron olimpiya idman kompleksində təşkil olunan uşu yarışında “Arktika Abşeron” komandası 1-ci, “Məhəmmədi Anar” 2-ci və “Cəngavər” 3-cü yer tutublar.
Muay-tayda “Bozqurd” 1-ci, “İnam” 2-ci və “Laçın” klubları 3-cü olublar.