Vətəninə qayıtdı

Vətəninə qayıtdı

İspaniya millisinin sabiq hücumçusu Alvaro Morata karyerasını ölkəsində davam etdirəcək.

Allsport.az xəbər verir ki, 33 yaşlı futbolçu “Leqanes”ə keçib.

Komanda ispaniyalını İtaliyanın “Komo” klubundan mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilədə Moratanı birdəfəlik transfer etmək hüququ da yer alıb.

Forvard ötən mövsüm “Komo”nun heyətində 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan