Vado-kai karate üzrə Avropa çempionatı keçiriləcək

05-06 noyabr tarixlərində Almaniyanın Halle şəhərində Vado-kai karate üzrə 48-ci Avropa çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, qitə çempionatında ölkəmizi Azərbaycan vado-ryu karate-do federasiyasının prezidenti, Azərbaycan respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, 5-ci dan qara kəmər sahibi, Vilayət Əmirovun rəhbərliyi altında bir neçə idmançı, məşqçi və hakim heyəti təmsil edəcəklər.

Komandanın üzvləri arasında, milli komandanın idmançıları Fərid Ağayev (-75kq) və Abbas Dadaşov (-84kq), 18-21 yaşlı gənclər, həmçinin boyüklər arasında yarışacaqlar. Karateçilərimiz çempionatda fərdi çıxışla yanaşı, komanda yarışlarında iştirak edəcəklər.

Almaniyaya yollanan komandanın heyətində əməkdar məşqçi, Avropa vado-kai karate federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Gündüz Mahmudov və milli dərəcəli hakim Vidadi Mahmudov da yer alıb.

Həmin kateqoriyadan