- Baxış sayı: 53
- 25 Sentyabr 2026 11:26
- Baxış sayı: 122
- Sentyabr 25, 2026
- 0

Erməni döyüşçü Eduard Vartanyan azərbaycanlı idmançı Nəriman Abbasovla döyüşdən imtina edib.
Allsport.az xəbər verir ki, bu barədə Abbasov sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, “Fight Nights Global”ın irəli sürdüyü görüşə çıxmağa erməni idmançı razı olmayıb. Rusiya vətəndaşlığı olan Vartanyanla qarşılaşma Moskvada baş tutmalı idi.