- Baxış sayı: 70
- 02 Avqust 2026 18:36
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Noyabrın 18-də İrina Viner gimnastika sarayında olimpiya çempionu Svetlana Xorkinanın “Duel” şousu keçirilib.
Allsport.az xəbər verir ki, genişmiqyaslı tədbirdə Rusiyanın ən yaxşı gimnastları mübarizə aparıblar: Nikita Naqornı, Ancelina Melnikova, Liliya Axaimova, Lalə Kramarenko, Anna Popova. Onlarla eyni səhnədə rəqqaslar, güləşçilər, şənlikçilər və böyük qılıncoynadanlar Sofiya Velikaya və Sofiya Pozdnyakova çıxış ediblər.
Adı 4-cü çəkilən idmançı, sovetlər “Neftçi”sində məşhur azərbaycanlı qapıçı Sergey Kramarenkonun nəvəsi, millimizin qolkiperi və məşqşisi olmuş Dmitri Kramarenkonun qızıdır.



