- Baxış sayı: 51
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Latviya birinci liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdikləri “Olayne/Super Nova” klubu doğma meydanda “Yekabpils”lə qarşılaşıb.
Matç ev sahibinin qələbəsi ilə başa çatıb – 3:0. Azərbaycanlı futbolçuların hər ikisi start heyətdə meydana çıxıb. Vüqar sonadək mübarizə aparıbsa, Orxan 65-ci dəqiqədə əvəzlənib. Oyunda hesabı da Əsgərov açıb.
O, görüşün 42-ci dəqiqəsində penaltidən vurduğu qolla komandasının qələbəsinin təməlini qoyub. 16 xal toplayan “Olayne” 15 klub arasında 7-ci pillədə qərarlaşıb.