Vüqar Əsgərov Latviya klubuna qələbə gətirdi

Latviya birinci liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdikləri “Olayne/Super Nova” səfərdə “Valmieras” ilə qarşılaşıb.

Matç həmyerlilərimizi komandasının qələbəsi ilə başa çatıb – 2:1. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb və sonadə mübarizə aparıb. Hər 2 qolu Vüqar vurub.

O, görüşün 28-ci dəqiqəsində hesabı açıbsa, 82-ci dəqiqədə də qələbə qoluna imza atıb. 19 xal toplayan “Olayne” 15 klub arasında 7-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan