Vyaçeslav Filippovun xatirəsinə səmti müəyyən etmə üzrə ənənəvi yarış

28-29 oktyabrda Xaçmaz rayonunun Nabran qəsəbəsinin meşə zolağında Vyaçeslav Filippovun xatirəsinə səmti müəyyən etmə üzrə yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, ənənə halını almış rəqabətdə 100-ə yaxın idmançı iştirak edib.

Gərgin keçən mübarizədə K21 kateqoriyasında Vladislav Tuzov verilmiş məsafə üzrə bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Süleyman Əliyev ikinci, Sergey Telegin isə üçüncü olub. Qadınlar arasında elit kateqoriyasında isə dəfələrlə Azərbaycan çempionu olmuş Nataliya Əliyeva qızıl medal qazanmışdır. Nataliya Şiyanova və Səbinə Quliyeva isə müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.

Open kateqoriyasında kişilər arasında Fərid Qaımzadə birinci gəlib. Vasiliy Trubnikov finiş xəttinə ikinci, Roman Marşlok üçüncü çatıb. Qadınlarda Fəridə Babayeva, Anastasiya Volodina və Nigar Hüseynova müvafiq olaraq ilk 3 yeti tutublar.

Sonda qalib gələn idmançılara diplom və medallar təqdim olunb.

Həmin kateqoriyadan