“Xəzər Lənkəran” bu dəfə xal itirdi

Bu gün Topaz Premyer Liqasında 2-ci turun növbəti oyunları keçirilib. Allsport.az xəbər verir ki, ikinci oyun günündə də iki görüş baş tutub.

Daha öncə Gəncədə baş tutan “Kəpəz” – “Zirə” matçı barədə məlumat vermişdik.

Günün ikinci oyununda isə “Sumqayıt” doğma meydanda “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Bu oyunda da hesabı meydan sahibləri açıb. Amma ilk yarının sonunadək hesaba tarazlıq gəlib. İkinci hissədə qapılara qol vurulmadığından, günün ikinci oyununda da heç-heçə qeydə alınıb.

Topaz Premyer Liqası
2-ci tur
16 avqust

21:00. “Sumqayıt” – “Xəzər Lənkəran” – 1:1 (1:1)
Qol: B.Həsənalızadə, 10 (1:0). E.Rzazadə, 36 (1:1).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 16. Elnur Abdulov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 39. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 8. Nuran Qurbanov, 15. Nodar Məmmədov, 23. Tural Rzayev, 77. Fuad Məmmədzadə, 96. Elnur Mustafayev.
Baş məşqçi: Aqil Məmmədov.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 9. Orxan Əliyev, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 44. Yusif Həsənov, 72. Elvin Mirzəyev.
Baş məşqçi: Yunis Hüseynov.

Turun digər oyunları: “Rəvan” – “Qarabağ” – 1:2, AZAL – “Qəbələ” – 0:2. 17 avqust (“İnter” – “Neftçi”).

Həmin kateqoriyadan