“Xəzər Lənkəran” Premyer Liqaya 14 futbolçu ilə başlayır

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının yeni mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Allsport.az xəbər verir ki, cənub klubunun sifariş vərəqəsində cəmi 14 (!) futbolçu yer alıb.

Onlardan ikisi qapıçı, altısı müdafiəçi, beşi yarımmüdafiəçi, biri isə hücumçudur.

Qapıçılar: Tərlan Qasımzadə, Orxan Sadıqlı;

Müdafiəçilər: Mahsun Qəmbərli, İlyas Səfərzadə, Elvin Mirzəyev, Tural Cəlilov, Adrian Skarlatake, Rasim Ramaldanov;

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Orxan Əliyev, Elşən Rzazadə, Kazım Kazımlı, Sadio Tounkara;

Hücumçu: Elnur Cəfərov.

Baş məşqçi: Yunis Hüseynov.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın belə az futbolçu sifariş etməsinə səbəb komandaya FİFA tərəfindən qoyulmuş transfer qadağası ilə bağlıdır. Cənublular bu yay bir neçə transfer həyata keçirsə də, onları sifariş edə bilmir. Bunlar Pavel Kapsa, Ruslan Abışov, Rəşad Eyyubov, Vaqif Cavadov, Dieqo Souza, Vüqar Nadirov və Limam Seydidir. “Ağ-yaşıllar” bu futbolçuların adını yalnız sentyabrın 1-də PFL-də qeydiyyatdan keçirə biləcək və onların xidmətindən yararlanacaq. Həmin vaxta qədər baş tutacaq “İnter”, “Sumqayıt” və “Rəvan”la qarşılaşmalarda isə 14 futbolçu ilə mübarizə aparacaq.

Həmin kateqoriyadan