“Xəzər Lənkəran”la “Neftçi” 1 qolla 1 xal qazandı

Bu gün Topaz Premyer Liqasında 5-ci turun növbəti oyunları keçirilib. Allsport.az xəbər verir ki, ikinci oyun günündə də iki görüş baş tutub.

Öncə “Kəpəz” son ölkə çempionu “Qarabağ”ı qəbul edib. 5 qolun vurulduğu oyunda qələbəni Ağdam klubu bayram edib.

Günün digər oyununda isə “Neftçi” ilə “Xəzər Lənkəran” münasibətlərinə aydınlıq gətirib. “Böyük oyun” qollu heç-heçə ilə başa çatıb.

Topaz Premyer Liqası
5-ci tur
20 sentyabr

“Kəpəz” – “Qarabağ” – 2:3 (0:1)
Qollar: C.Diniyev, 38-pen. (0:1). B.Soltanov, 49 (1:1). S.Armenteros, 50 (1:2). E.Məmmədov, 74-pen. (1:3). Ş.Rəhimov, 90+3 (2:3).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev.
Gəncə şəhər stadionu.

Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 13. Şəhriyar Rəhimov, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 7. Juninyo, 68. Rəşad Eyyubov, 10. Dario Federiko Junior, 27. Bəxtiyar Soltanov.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 80. Tural Rzayev, 15. Azad Kərimov, 77. Ziyabil Məmmədov.
Baş məşqçi: Şahin Diniyev.
Qarabağ”: 13. İbrahim Şehiç, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 29. Raydell Pupon, 25. Ansi Aqolli (k), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əlhərbi Əl-Jadeyui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 9. Reynaldo, 20. Riçard Almeyda, 23. Vladimir Dimitrovski, 97. Mahir Mədətov, 90. Samuel Armenteros.
Baş məşqçi: Qurban Qurbanov.

“Neftçi” – “Xəzər Lənkəran” – 1:1 (0:0)
Qollar: A.Abdullayev, 58 (1:0). R.Əmirquliyev, 60 (1:1).
Qırmızı vərəqə: A.Skarlatake, 55.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov.
Bakı. “Bakcell Arena”.

Neftçi”: 24. Mixal Peskoviç, 4. Rahil Məmmədov, 5. Xuan Alberto, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 15. Erik Ramos, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Kinta, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Samir Əliyev.
Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 9. Orxan Əliyev, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 12. İlyas Səfərzadə, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 44. Yusif Həsənov, 72. Elvin Mirzəyev.
Baş məşqçi: Yunis Hüseynov.

Turun digər oyunları: AZAL – “İnter” – 0:1, “Zirə” – “Rəvan” – 2:1.

Tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Həmin kateqoriyadan