Xal qazanmasa da, çoxlu pul qazandı

Avro-2020-nin qrupunda iştiraka, oyunlarda qələbə və heç-heçəyə görə komandaların qazanacağı gəlirin miqdarı açıqlanıb.

Allsport.az saytı xəbər verir ki, ilkin mərhələdə çıxış edən yığmaların hər biri 9,25 milyon avro gəlir əldə edəcək. UEFA komandalara qələbəyə görə 1,5 milyon avro, heç heçəyə görə isə 750 min avro vəsait ödəyəcək.

“A” qrupunda hər 3 oyununda uduzan Türkiyə millisi iştiraka görə 9,25 milyon avro irəli düşəcək.

Qeyd edək ki, iyunun 11-də start götürüb, iyulun 11-də yekunlaşacaq Avro-2020-nin ümumi mükafat fondu 371 milyon avrodur.

Həmin kateqoriyadan