- Baxış sayı: 34
- 18 May 2024 21:21
- Baxış sayı: 89
- May 18, 2024
- 0
“Qarabağ”ın gənc qapıçısı Xalid Oğuzxan komandadakı durumundan danışıb. Allsport.az saytı xəbər verir ki, qolkiper baş məşqçi Qurban Qurbanovdan şans gözlədiyini bildirib:
“Mən hər zaman olduğu kimi əlimdən gələni edib, daha da yaxşı çıxış etməyə çalışacam. Şahruddinin komandaya gəlməyinə normal baxıram. İnşAllah, o da komandaya çox xeyir verə biləcək. Mən mövsümün sonuna qədər
“Qarabağ”dayam. Əgər, baş məşqçimiz məni komandada görmək istəyərsə, karyerama burada davam etmək istəyirəm. 3 ildir ki, burdayam. “Qarabağ” ailəm kimidir. Mənim əsas məqsədim odur ki, öz üzərimdə daha çox çalışıb məşqçimizin etibarını doğrulda bilim”.