Xırdalanda idman bayramı

Azərbaycan karate federasiyasının (AKF) təşkilatcılığı və təşəbbüsü ilə FHN-nin idman sağlamlıq klubunun nəzdində fəaliyyət göstərən “Budokan” karate klubunun idmançilarının iştiraki ilə Abşeron rayonun Xırdalan şəhəri, Heydər Əliyev adına mərkəzi parkda ülu öndər Heydər Əliyevin 102-ci il dönümünə həsr edilmiş, AKF-in vitse-prezidenti Füzuli Musayevın rəhbərliyi ilə karate üzrə “ustad-dərsləri” və nümunəvi cıxışlardan ibarət idman bayramı təşkil edilmişdir.

Allsport.az xəbər verir ki, tədbir rayon icra hakimiyyəti, AKF-in iştirak edən rəhbərləri və idmançıların ülu öndər Heydər Əliyevin abidəsinə əklillər goyması ilə başlayıb.
Sonra tədbirin rəsmi hissəsi Dövlət Himnin səsləndirilməsi və Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə davam edib.

İlk olaraq cıxış edən Abşeron rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova tədbirin keçirilməsinin yeniyetmə və gənclərin idmana calb edilməsi yolu ilə sağlam həyət tərzinin təbliğındə əhəmiyyətli, təqdirəlayiq rolunu geyd edərək AKF rəhbərliyinə təşəkkürünü bildirib.

Söz alan AKF-in vitse-prezidenti Füzuli Musayev tədbirin keçirilməsinə göstərdikləri dəstək və müvafiq şəraitin yaradılmasına görə Abşeron rayon icra hakimiyyəti və AKF rəhbərliyinin təşəkkürunü bildirib.

Rəsmi çıxışlardan sonra 8-ci dan qara kəmər üstası Füzuli Musayev və AKF-in baş katibi 5-ci dan qara kəmər üstası Qabil Sayadovla birgə karatenin texnıkı fəndlərindən ibarət komplekslərlə “ustad-dərsləri” keçirilib.

Sonra “Budokan” karate klubunun baş məşqçisi Coşqun Sadıqovun rəhbərliyi ilə idmançıların nümunavi çıxışları ilə tədbir sona çatıb.

Həmin kateqoriyadan