- Baxış sayı: 35
- 18 Fevral 2025 22:28
- Baxış sayı: 272
- Fevral 18, 2025
- 0
Fevralın 5-dən 9-dək Xorvatiyada ilin ilk reytinq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, açıq Zaqreb yarışında hər 3 millimizin ümumilikdə 33 üzvü mübarizə aparacaq.
“Zaqreb Arena”da rəqabətə sərbəst güləşçilər start verəcəklər. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi ilə İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Arseni Cioyev (86 kq), Əbubəkr Abakarov və Osman Nurməhəmmədov (hər ikisi – 92 kq) çıxış edəcəklər.
Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 5 qadın güləşçimiz – Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik, Günay Qurbanova (hər ikisi – 59 kq) və Zəhra Kərimzadə (72 kq) ənənəvi yarışda mübarizə aparacaqlar.
Yunan-Roma güləşi üzrə millimiz reytinq turnirinə daha geniş heyətlə qatılıb. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi ilə Eldəniz Əzizli, Elmir Əliyev (hər ikisi – 55 kq), Nihat Məmmədli, Hüseyn Qəribov (60 kq), Murad Məmmədov, Ziya Babaşov (63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov (67 kq), Ülvü Qənizadə, Ruslan Nurullayev (72 kq), Sənan Süleymanov, Xasay Həsənli, Davud Məmmədov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov, Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev, Arif Niftullayev (97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaqlar.
Yarışda bizdən 1-ci dərəcəli beynəlxalq referi Vüqar Şükürov ədaləti qoruyacaq.