Xüsusi olimpiya hərəkatı üzrə bilik və bacarıqlarını artırdılar

Milli gimnastika arenasında dövlət bədən tərbiyəsi və idman akademiyası tərəfindən keçirilən xüsusi olimpiya üzrə məşqçilik (bədii gimnastika, gimnastika hamı üçün) və hakimlik (bədii gimnastika) kurslarına yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, yunanıstanlı mütəxəssis Sofiya Buranın rəhbərliyi altında tədris edilən kurslarda 9 məşqçi iştirak edib.

Nəzəri və təcrübi kursların təşkilində məqsəd xüsusi olimpiya hərəkatı üzrə bilik və bacarıqların artırılması, bu səhədə ixtisaslı kadrların hazırlanması olub. Kursların yekununda mütəxəssislər iştirakçı diplomu ilə təltif ediliblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish