Yamalın rekordu qırıldı

Yamalın rekordu qırıldı

“Levante”nin futbolçusu Mark Santos “Barselona”nın ulduz cinah hücumçusu Lamin Yamalın nailiyyətini geridə qoyub.

Allsport.az xəbər verir ki, Santos La liqanın 1-ci turunun “Espanyol”la matçının (0:3) 64-cü dəqiqəsində İvan Romeronu əvəzləyərək meydana daxil olub.

Sol cinah müdafiəçisi və İspaniyanın U-16 yığmasının üzvü nəinki klub tarixinin ən gənc debütantı olub (15 yaş 288 gün), həm də Yamalın göstəricisini dəqiq iki gün qabaqlayıb (15 yaş 290 gün).

Bu nəticə sayəsində Santos 1933-cü ildə “Donostiya”nın heyətində debüt edən Pedro İrastorsa ilə birgə La liqa tarixinin ən gənc 3-cü futbolçusu tituluna şərik çıxıb. Turnirin mütləq rekordu isə 2019/20 mövsümündə “Malorka”da oynayan Luka Romeroya məxsusdur (15 yaş 219 gün). İkinci sırada isə 1939/40 mövsümündə “Selta”da debüt edən Sanson qərarlaşıb (15 yaş 255 gün).

Buna baxmayaraq, Yamal XXI əsrdə La liqa matçına start heyətində çıxan ən gənc futbolçu (16 yaş 38 gün) titulunu hələ də özündə saxlayır.

Həmin kateqoriyadan